Azərbaycan və İran regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfə verir
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimizin rəhbərləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Azərbaycan və İranın regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfələri vurğulanıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin regional sülh və təhlükəsizlik üçün əsas təhdid olduğu qeyd edilib, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən çıxarılmalı olduğu diqqətə çatdırılıb. Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığının regional inkişafa xidmət etdiyi vurğulanıb.
Görüşdə martın 4-5-də Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin Bakıda keçiriləcək iclasının əhəmiyyəti vurğulanıb.
İbrahim Rəhimpur Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələf ilə də görüşüb.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, elm, mədəniyyət, nəqliyyat və enerji sahələrində əməkdaşlığa dair məsələlər müzakirə olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50