Ombudsman YUNİSEF-lə müqavilə imzaladı
Ombudsman Aparatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Andro Şilakadzeni qəbul edib. Görüşdə bu qurumun rəhbərinin müavini xanım Nafisa Binte Şafiqi və məsul əməkdaşı Ramiz Behbudov da iştirak ediblər.
Ombudsman YUNİSEF-lə səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, birgə tədbirlərin, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Müvəkkil gələcək əməkdaşlığın yeni müstəvidə davam etdiriləcəyinə əminliyini ifadə edib. O, ölkəmizdə uşaq və gənclər siyasətinin də uğurla həyata keçirildiyini, Heydər Əliyev Fondunun bu istiqamətdə mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb.
Ombudsman təsisatının uşaq hüquqlarının təmininə və təbliğinə də böyük diqqət yetirdiyi, Müvəkkilin uşaq hüquqları üzrə ombudsmanların Avropa şəbəkəsinin (ENOC) üzvü olduğu diqqətə çatdırılıb.
YUNİSEF-in ölkə nümayəndəliyinin rəhbəri A.Şilakadze Azərbaycanın bütün sahələrdə böyük uğurlara imza atdığını, uşaq hüquqlarının müdafiəsində nailiyyətlər əldə etdiyini deyib. O, Azərbaycan ombudsmanının əhalinin müxtəlif qruplarının, o cümlədən uşaq hüquqlarının sahəsində zəngin təcrübəyə malik olduğunu, innovativ təşəbbüsləri ilə tanındığını vurğulayıb.
Görüşdə habelə gələcək əməkdaşlığın prioritetləri müzakirə olunub.
E.Süleymanova yaxın keçmişdə həyata keçirilən və müsbət nəticələr vermiş Tvinninq və TAIEX proqramları çərçivəsində təsisatın uğurlu iştirakını, sözügedən layihələr nəticəsində hər iki tərəfin qarşılıqlı olaraq, müsbət təcrübəyə yiyələndiyini öyrəndiyini, layihəyə əsasən görüləcək işlərin də uğurlu olacağına inandığını bildirib.
Görüşdə ombudsman təsisatı ilə YUNİSEF arasında 2015-ci il üzrə əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb. Müvəkkil adıçəkilən beynəlxalq qurumla birgə əməkdaşlıq üçün cari iş planında sosial cəhətdən təcrid olunmuş uşaqların tam və məhsuldar olaraq gündəlik həyatlarında təkmilləşmiş keyfiyyətli xidmətlərdən istifadə imkanının genişləndirilməsinin, ombudsmanın Milli Preventiv Qrupunun, habelə uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan dövlət qurumlarının, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarının ehtiyacların qiymətləndirilməsi və təlimlər vasitəsilə bacarıqlarının artırılmasının, Regional Mərkəzlərin və yerli QHT-lərin də bu prosesə cəlb edilməsinin, uşaq hüquqlarının müdafiəsinin monitorinqinin genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib.
Müvəkkil habelə cari plan üzrə keçiriləcək tədbirlərin Uşaq hüquqlarına dair Konvensiyanın müddəalarına, habelə BMT-nin müvafiq saziş qurumunun verdiyi tövsiyələrə əsasən həyata keçirilməsinin vacibliyini önə çəkib, habelə yerli mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlərin də iştirakı ilə mütəmadi maarifləndirici, metodiki tədbirlərin, treninq-seminarların, o cümlədən müvafiq sahədə öyrəniləcək müsbət təcrübələrin böyük töhfə verəcəyini qeyd edib.
Qonaq səmimi qəbul və səmərəli fikir mübadiləsi üçün E.Süleymanovaya minnətdarlığını bildirib, qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu və müvəkkilin fəaliyyətinə dəstək verəcəyini diqqətə çatdırıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08