Çətin həyat şəraitində olan uşaqlara və ailələrə günərzi qayğı xidmətləri göstəriləcək
Bakı, 3 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişi əsasında bu il 13 rayonda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına yönələn günərzi qayğı formasında xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar ƏƏSMN tərəfindən uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi qayğı mərkəzləri xidmətinin göstərilməsi üzrə müsabiqə keçirilir.
Müsabiqədə qalib gələcək ixtisaslaşmış QHT tərəfindən müvafiq layihə çərçivəsində Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba və İsmayıllı rayonlarında çətin həyat şəraitində olan uşaqlar və onların ailələri günərzi qayğı xidmətləri ilə təmin ediləcəklər.
Ümumilikdə ƏƏSMN-in sosial sifarişləri əsasında sosial cəhətdən həssas qruplardan olan şəxslərə sosial və reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün son iki ayda 17 fəaliyyət istiqaməti üzrə müsabiqələr elan olunub. Bu fəaliyyət istiqamətləri sırasına sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, autizm xəstəliyinə tutulmuş uşaqlara defektoloji və psixoloji yardımın, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin göstərilməsi və əqli geriliyi olan sağlamlıq imkanları məhdud uşaqlara psixo-sosial dəstəyin göstərilməsi, portec metodikası ilə sosial reabilitasiya işinin aparılması və s. daxildir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün ailə tipli kiçik qrup evlərin fəaliyyətinin təşkili, belə uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, daun sindromlu uşaqların sosial reabilitasiyası və s. xidmətlər üzrə də müsabiqələr elan olunub.
Müsabiqələrin bir qismi artıq başa çatıb. Qalib gəlmiş ixtisaslaşmış QHT-lər tərəfindən müvafiq layihələr əsasında artıq bir sıra layihələrin icrasına başlanılıb. Hazırda sosial və reabilitasiya yönümlü daha bir sıra xidmətlərin göstərilməsi üçün də müsabiqələrin elan olunması nəzərdə tutulur. ƏƏSMN tərəfindən sosial sifarişlər üzrə elan olunan bütün müsabiqələr, eləcə də müsabiqələrin nəticələrinə dair məlumatlar nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki “Sosial sifarişlər üzrə müsabiqələr” bölümündə təqdim edilir.
Xatırladaq ki, ötən il ƏƏSMN-in sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsi üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş QHT-lər tərəfindən, ümumilikdə, 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də müvafiq hallarda onların ailələri sosial xidmətlərlə təmin ediliblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47