Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Özbəkistan ilə ticarət dövriyyəsi 175,6 milyon dollar təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, illik müqayisədə 27% azdır.
Bu dövrdə ölkədən Özbəkistana ixrac 73,2 milyon dollar təşkil edib. Azərbaycanın Özbəkistandan idxalının dəyəri isə 102,3 milyon dollar olub.