ABŞ-nin sabiq prezidenti Co Baydenin səhhəti ağırlaşıb.
Metbuat.az xəbər verir ki, Co Baydenin oğlu Hanter Bayden atasının prostat xərçənginin sümüklərə və digər orqanlara yayıldığını bildirib. Hanter Bayden 83 yaşlı atasının xəstəlik səbəbindən şiddətli ağrılar çəkdiyini və səhhətinin pisləşdiyini deyib.
O, atasının bu vəziyyətdə əziyyət çəkməsini görməyin çox ağır olduğunu qeyd edib.