Bu ilin birinci yarısında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi 572,8 milyon dollar təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bu, illik müqayisədə 25,3% azdır.
Hesabat dövründə Almaniyadan Azərbaycana 338,1 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının Almaniyaya ixracı isə 234,7 milyon dollar təşkil edib.