UEFA Konfrans Liqası çərçivəsində Polşanın Lublin şəhərində Ukraynanın “Dinamo” (Kiyev) və Azərbaycanın “Qarabağ” komandaları arasında keçirilən III təsnifat mərhələsində ilk oyununda birinci hissə başa çatıb.

Metbuat.az xəbər verir ki, “Lublin Arena”da oynanılan qarşılaşmada Ağdam təmsilçisi fasiləyə 0:1 hesabı ilə məğlub yollanıb. Yeganə qolu 10-cu dəqiqədə Matvey Ponomarenko vurub.

Görüşü danimarkalı FIFA referisi Morten Kroq idarə edir.