Türkiyə Super Liqasında transfer mübarizəsi getdikcə qızışır. “Beşiktaş”ın uzun müddətdir heyətinə qatmaq istədiyi uruqvaylı hücumçu Darvin Nunyes uğrunda yarışda “Trabzonspor” ön plana çıxıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qara dəniz təmsilçisi futbolçuya daha sərfəli şərtlər təklif edərək transferdə mühüm üstünlük əldə edib.

Məlumata əsasən, “Trabzonspor” rəhbərliyi hazırda “Liverpul”da çıxış edən Darvin Nunyesin transferini yekunlaşdırmağa yaxındır. Xəbərdə qeyd olunur ki, komandanın yeni transferi Məhəmməd Salah da bu prosesdə müəyyən rol oynayıb və uzun illər birlikdə oynadığı komanda yoldaşına Trabzon klubu barədə müsbət fikirlər bildirib.

Qeyd edək ki, “Trabzonspor” daha əvvəl də transfer bazarında “Beşiktaş”ın maraq dairəsində olan Salahı heyətinə qataraq rəqibini geridə qoymuşdu. İndi isə Darvin Nunyes transferinin də qısa müddətdə rəsmiləşdiriləcəyi iddia olunur.