"İranla aparılan danışıqlar müsbət irəliləyir və Hörmüz boğazı yaxın vaxtlarda yenidən açılacaq".
Metbuat.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp deyib. O, İranın razılaşma əldə etmək istədiyini qeyd edib.
“Əgər razılıq olmasa, bu onlar üçün çox pis olacaq və çox sərt zərbə endirəcəyik”, - ifadələrini işlədib.
ABŞ dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessent də danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlayıblar.
Məlumata görə, bu açıqlamalardan sonra Brent markalı neftin qiyməti təxminən 5 faiz ucuzlaşaraq 80 dollardan aşağı düşüb.