İspaniyanın Baş naziri Pedro Sançes ölkənin Şimali Afrikadakı muxtar ərazisi Seutada baş verən miqrasiya böhranından sonra bəzi Avropa İttifaqı hökumətlərini sərt tənqid edib.
Metbuat.az xbər verir ki, Pedro Sançes bildirib ki, İspaniyaya qarşı səsləndirilən ittihamlar "qərəz, yalan xəbərlər, məlumatsızlıq və ya siyasi maraqlardan" qaynaqlanır.
İspaniyanın El Pais qəzetinin yaydığı məlumata görə, Baş nazir Avropa Komissiyasının sədri Ursula von der Leyenə ünvanladığı məktubda Avropa İttifaqını miqrasiya məsələsində daha sıx əməkdaşlığa və həmrəyliyə çağırıb.
Sançes məktubunda qeyd edib ki, həftənin əvvəlində qonşu Mərakeşdən təxminən 50 min qeyri-qanuni miqrantın Seutaya keçməsindən sonra bəzi Aİ hökumətlərinin reaksiyası onda "dərin narahatlıq" yaradıb.
Baş nazir vurğulayıb ki, miqrasiya böhranı ayrı-ayrı ölkələrin deyil, bütün Avropa İttifaqının ortaq məsuliyyəti kimi qiymətləndirilməli və bu məsələyə vahid yanaşma nümayiş etdirilməlidir.