Lənkəranda kanalda meyit tapılıb.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, hadisə iyulun 30-da qeydə alınıb.
Yuxarı Nüvədi kənd sakini 1978-ci il təvəllüdlü Mais Abdullayevin meyiti Bəllərbur kəndinin ərazisində kanalda tapılıb.
Onun iyulun 26-dan itkin kimi axtarıldığı bildirilir.
Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.
Araşdırma aparılır.