Uşaqlıq dövründə qidalanma vərdişləri gələcək sağlamlığa ciddi təsir göstərə bilər. Yeni araşdırma göstərir ki, erkən uşaqlıq dövründə şəkər qəbulunun məhdudlaşdırılması beyin sağlamlığını qorumağa və demensiya riskini azaltmağa kömək edə bilər.

Metbuat.az xəbər verir ki, Böyük Britaniyada aparılan araşdırmaya əsasən, ilk iki yaşda şəkər istehlakını məhdudlaşdıran şəxslərdə demensiya riski 23 faiz daha aşağı olub.

Araşdırma Böyük Britaniyanın BioBank məlumat bazasında yer alan təxminən 65 min nəfərin məlumatları əsasında aparılıb və bu qrupda xəstəliyin orta hesabla 2,5 il daha gec diaqnoz qoyulduğu bildirilib.

Mütəxəssislər qeyd edirlər ki, araşdırma şəkər istehlakı ilə demensiya arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Bununla belə, sağlam və balanslı qidalanmanın beyin sağlamlığının qorunması baxımından mühüm rol oynadığı vurğulanır.