Gəncədə fərdi evlərdə yanğın başlayıb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Həmid Sultanov 26 ünvanında baş verib.
İlkin məlumata görə, fərdi evdə başlayan yanğın bitişik digər tikiliyə keçib.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin yanğın söndürənləri və canlı qüvvəsi cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır.