Bu il iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 15 milyard 982 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, ötən il iyulun 1-nə nisbətən 7 % azdır.

Hesabat tarixinə daxili dövlət borcu ÜDM-in 12,2 %-ni təşkil edib.