Türk televiziya tarixinin ən uzunömurlü serialı olan "Arka Sokaklar" yeni mövsümdən ekrana çıxmayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə serialın ilk ssenaristi Ozan Yurdakul özünün sosial media hesabında açıqlama verib. Yurdakul "Kanal D"nın sevilən ekran əsərlərindən olan "Arka Sokaklar"ın yayımının dayandırıldığını açıqlayıb. Onun sözlərinə görə, bununla bağlı qərar istehsalçı şirkət və "Kanal D" rəhbərliyi tərəfindən verilib.
Qeyd edək ki, "Arka Sokaklar" serialının ilk bölümü 2006-cı ildə ekrana çıxıb. Cəmi 2 ay ərzində serial populyarlıq qazanaraq reytinq cədvəllərində ilk sıralara yüksəlməyi bacarıb.