Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Şimali Koreyadan daha 30 min hərbçi qəbul etməyi planlaşdırır.
Metbuat.az xəbər verir ki, Zelenskinin Telegram kanalında paylaşdığı məlumata görə, bu məqsədlə Rusiyanın Voronej vilayətində hazırlıq işləri artıq başlayıb və hərbçilərin iyun ayından etibarən qəbuluna start verilməsi nəzərdə tutulur.
Ukrayna lideri həmçinin iddia edib ki, Şimali Koreya Rusiyaya ballistik raketlər üçün yeni buraxılış platformaları da göndərməyə hazırlaşır.
Zelenski bu addımların Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın daha da genişləndiyini göstərdiyini vurğulayıb.