Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.
Qeyd edilib ki, iyulun 14-dən 21-dək "Rosselxoznadzor"un mütəxəssisləri əvvəllər baytarlıq xidmətinin zəmanəti ilə açılmış və məhsullarını Rusiyaya tədarük edən Ermənistanın süd emalı müəssisələrində yoxlama aparıblar:
"Aşkar edilmiş pozuntularla əlaqədar "Rosselxoznadzor" təhlükəli süd məhsullarının Rusiyaya idxalının qarşısının alınması və daxili bazarda satışına yol verilməməsi üçün tədbirlər görüb".