Türkiyənin Kocaeli vilayətinin İzmit rayon bələdiyyəsində hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilib.

Metbuat.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı korrupsiya istintaqı çərçivəsində İzmit bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyyət və həyat yoldaşı Murat Hürriyyət saxlanılıblar.

Məlumata görə, əməliyyat "cinayətkar təşkilat yaratmaq", "rüşvət almaq" və "dövlət satınalmalarında saxtakarlıq etmək" ittihamları üzrə həyata keçirilib. Antalya, Kocaeli, Kırıkkale, İstanbul və Ankarada eyni vaxtda təşkil olunan əməliyyat zamanı bələdiyyə sədri və həyat yoldaşı da daxil olmaqla ümumilikdə 31 şübhəli barəsində saxlanılma qərarı icra edilib.

Polis əməkdaşları bələdiyyə binasında, eləcə də iş üzrə əlaqəli olduğu bildirilən ünvanlarda axtarış aparıblar.