"Real Madrid"in baş məşqçisi Joze Mourinyo yeni mövsümdə Arda Gülerlə Kilian Mbappe arasındakı uyğunluqdan maksimum yararlanmağı planlaşdırır.

Metbuat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis hücum xəttində bu tandemi komandanın əsas silahlarından birinə çevirmək niyyətindədir. İspaniyanın AS nəşrinin məlumatına görə, ötən mövsüm Arda Güler 51 rəsmi matçda 6 qol vurub, 14 məhsuldar ötürmə edib. Onun assistlərinin 8-i Kilian Mbappenin hesabına yazılıb. Mourinyonun yeni mövsümdə hücum quruculuğunu məhz bu uyğunluq üzərində formalaşdırmaq istədiyi bildirilir.

Bununla yanaşı, Arda Güləri əsas heyətdə yer uğrunda ciddi rəqabət gözləyir. Məlumata görə, o, yarımmüdafiədə Bernardo Silva ilə mübarizə aparacaq, zərurət yaranacağı halda isə sağ cinahda da çıxış edə biləcək.