Bəzi insanlar pulu qazanmaq və onu düzgün idarə etmək bacarığı ilə seçilir. Astrologiyaya görə, bürclərin xarakter xüsusiyyətləri də maliyyə məsələlərinə yanaşmaya təsir edir. Əlbəttə, insanın uğuru yalnız doğulduğu bürcdən asılı deyil. Lakin astroloqlar hesab edirlər ki, bəzi bürclər qazanc əldə etmək, fürsətləri dəyərləndirmək və maliyyə sabitliyi yaratmaq baxımından digərlərindən daha üstün hesab olunur.
Metbuat.az xarici mediaya istinadən ən pulgir hesab edilən 5 bürcü təqdim edir:
Oğlaq
Oğlaqlar zəhmətkeş, məsuliyyətli və məqsədyönlü insanlardır. Onlar böyük uğurların yalnız səbir və davamlı əmək nəticəsində əldə olunduğunu yaxşı bilirlər. Maliyyə məsələlərində riskə çox getmirlər, uzunmüddətli planlar quraraq sabit gəlir əldə etməyə çalışırlar. Məhz bu xüsusiyyətləri onları ən uğurlu qazanc sahiblərindən birinə çevirir. Oğlaqlar qazandıqları pulu artırmağı bacardıqları üçün astrologiyada ən pulgir bürclərdən biri sayılırlar.
Buğa
Buğa bürcü rahat və firavan həyat yaşamağı sevir. Buna görə də daim daha çox qazanmağın yollarını axtarır. Pul xərcləməyi sevsə də, eyni zamanda onu necə qorumağı və artırmağı da yaxşı bacarır. Daşınmaz əmlak və uzunmüddətli investisiyalar Buğaların maraq göstərdiyi sahələrdəndir. Pul qazanmaq həvəsi və maliyyə sabitliyinə verdiyi önəm Buğanı ən pulgir bürclər sırasına daxil edir.
Əqrəb
Əqrəblər güclü intuisiya və strateji düşüncə qabiliyyətinə malikdirlər. Onlar başqalarının görə bilmədiyi fürsətləri vaxtında hiss edə bilir. Riskli görünən qərarları belə düzgün analiz etdikləri üçün maliyyə sahəsində uğur qazanmaq ehtimalları yüksək olur. Düzgün vaxtda doğru qərarlar vermələri Əqrəblərin böyük qazanc əldə etməsinə imkan yaradır və onları pulgir bürclərdən birinə çevirir.
Qız
Qız bürcü planlı, dəqiq və intizamlı xarakteri ilə seçilir. Onlar gəlir və xərclərini diqqətlə idarə edir, hər addımı hesablayırlar. Lazımsız xərclərdən qaçmaları və maliyyə intizamına riayət etmələri uzun müddətdə onlara ciddi qazanc əldə etməyə kömək edir. Qızlar pullarını ağılla idarə etdikləri və yığımlarını artırdıqları üçün ən pulgir bürclər arasında göstərilirlər.
Şir
Şirlər liderlik xüsusiyyətləri və özünəinamı sayəsində gəlir gətirən imkanları asanlıqla dəyərləndirirlər. Onlar böyük düşünməyi sevir və risk etməkdən çəkinmirlər. Sahibkarlıq, idarəçilik və yaradıcı sahələrdə əldə etdikləri uğurlar sayəsində yüksək gəlir qazanmaq potensialına malik olurlar. Böyük qazanc gətirən layihələrə cəsarətlə qoşulduqları üçün Şirlər də astrologiyada ən pulgir bürclərdən biri hesab edilir.