Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa təmsilçisi “Qornik Zabje”ni mübarizədən kənarlaşdıracağı təqdirdə, 3-cü təsnifat mərhələsində Avstriyanın “Şturm Qrats” və Şotlandiyanın “Harts” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.
Metbuat.az xəbər verir ki, ilk oyun 4-5 avqust, cavab matçı isə 11 avqust tarixində keçiriləcək.
İstanbul təmsilçisi növbəti mərhələyə yüksələrsə, ilk qarşılaşma doğma meydanda baş tutacaq.