İsmayıllıda avtomobil qəzası baş verib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Məmmədov İlham Rəsul oğlu ağır dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətinin ağır olduğu bildirilir.