Avqust ayı bəzi bürclər üçün uğur, yeni imkanlar və uzun müddətdir göstərdikləri zəhmətin bəhrəsini toplamaq dövrü olacaq.

Metbuat.az xəbər verir ki astroloqların proqnozlarına görə, bu ay xüsusilə üç bürc həm iş, həm də şəxsi həyatında sevindirici hadisələrlə qarşılaşa bilər.

Şir

Avqust Şir bürcünün ayı hesab olunur. Bu dövrdə Şirlər peşəkar fəaliyyətlərində uğur qazanacaq, rəhbərlik tərəfindən qiymətləndiriləcək və hətta mükafat və ya maaş artımı ilə sevindirilə bilərlər. Yeni layihələrə başlamaq üçün də əlverişli zamandır.

Oxatan

Oxatan bürclərini maliyyə baxımından uğurlu bir ay gözləyir. Uzun müddətdir əziyyət çəkdikləri işlərin nəticəsini görə, bonus və ya gözlənilməz gəlir əldə edə bilərlər. Səyahət və yeni əməkdaşlıqlar da uğur gətirəcək.

Buğa

Buğalar avqust ayında səbir və zəhmətlərinin qarşılığını alacaqlar. İş yerində uğurları diqqətdən kənarda qalmayacaq, bəzi Buğalar vəzifə yüksəlişi və ya xüsusi mükafat ala bilərlər. Şəxsi həyatda da sevindirici xəbərlər mümkündür.