Gəncədə yol qəzası baş verib, xəsarət alan var.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan "Toyota" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub. Zərbənin təsirindən "Mercedes" markalı maşın yoldan çıxaraq ağaca çırpılıb və aşıb. İlkin verilən məlumata görə, sözügedən avtomobildə olan bir nəfər qadın müxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Davud Tarverdiyev / Metbuat.az