Abşeron rayonu ərazisində kuryer fəaliyyəti ilə məşğul olan şəxsə qarşı soyğunçuluq edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı E.Şirinov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, E.Şirinov sifariş etdiyi 3950 manat dəyərində mobil telefonu ünvana çatdıran kuryerdən cihazı yoxlamaq bəhanəsi ilə alaraq hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.