Türkiyənin Milli Kosmik Proqramının strateji layihələrindən biri olan Rubidium Atom Saatı (RAFS) kosmosa uğurla göndərilib.

Metbuat.az xəbər verir ki, RAFS SpaceX-in Transporter-17 missiyası çərçivəsində orbitə çıxarılıb və peykdən ilk siqnal uğurla qəbul edilib. Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır layihənin uğurla həyata keçirildiyini açıqlayıb. Bildirilib ki, RAFS Türkiyə Kosmik Agentliyinin rəhbərliyi ilə tam yerli imkanlarla hazırlanıb. Məlumata görə, atom saatları atomların enerji səviyyələri arasındakı sabit rezonans tezliklərindən istifadə edərək zamanı yüksək dəqiqliklə ölçür.

Rubidium atomu saniyədə 6 milyard 834 milyon 682 min 610 dəfə titrəyərək zaman ölçmələri üçün dəqiq istinad mənbəyi rolunu oynayır. Kosmosda sınaqdan keçiriləcək RAFS texnologiyası rabitə, naviqasiya, peyk sistemləri və elmi kosmik missiyalarda istifadə ediləcək.