Türkiyə Super Liqasında çıxış edən klubların transfer hədəfində olan dünya şöhrətli futbolçu Məhəmməd Salahla bağlı iddialar gündəmi silkələməkdə davam edir.

Metbuat.az xəbər verir ki, misirli hücumçunun menecerinin bir neçə gündür Türkiyədə olması barədə yayılan xəbərlərdən sonra türk futbolunun əfsanəvi qapıçısı Rüştü Rəcbər qatıldığı canlı yayımda diqqətçəkən açıqlama verib. Rəcbər “Beşiktaş”ın prezidentini yaxşı tanıyıram. Əziz dostumdur. O, Məhəmməd Salahın transferini bitirib. Salah gələn mövsüm Türkiyədə oyanayacaq”, - deyib.

“Beşiktaş” camiəsini həyəcanlandıran bu açıqlama idman mətbuatında ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.