İstanbulun “Qalatasaray” klubundan ayrılan argentinalı hücumçu Mauro İkardinin yeni klubu müəyyənləşmək üzrədir.
Metbuat.az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, 33 yaşlı futbolçu karyerasını Argentinada davam etdirməyə yaxındır. Bildirilir ki, İkardi ailəvi səbəblərə görə ölkəsinə qayıtmaq qərarı verib və bu səbəbdən xarici klublardan gələn təkliflərə isti yanaşmır. Hazırda onun yalnız Argentina təmsilçiləri ilə danışıqlar apardığı, transferin isə yaxın günlərdə rəsmiləşə biləcəyi iddia olunur.