UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Azərbaycanın "Zirə" klubu Gürcüstanda "Torpedo" (Kutaisi) komandası ilə üz-üzə gəlib.

Metbuat.az xəbər verir ki, Kutaisidə yerləşən "Şengeliya Arena"da keçirilən matçda hesabı qonaq komanda açıb. "Zirə"nin hücumçusu Eren Aydın 25-ci dəqiqədə fərqlənərək komandasını önə keçirib.

Qarşılaşmanı macarıstanlı FIFA referisi Mihali Kapray idarə edir.

Qeyd edək ki, tərəflər arasında Sumqayıtda keçirilən ilk oyunda "Zirə" 3:0 hesablı inamlı qələbə qazanmışdı. Bu cütün qalibi UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Litvanın "Hegelmann" və Estoniyanın "Payde" komandaları arasındakı duelin qalibi ilə qarşılaşacaq.