İstanbulun “Beşiktaş” klubunda yeni mövsümün heyət planlaması çərçivəsində ayrılıq küləkləri əsir. Siyah-bəyazlıların baş məşqçisi Vinçenzo İtaliano Slovakiyada keçirilən hazırlıq düşərgəsindən sonra komandada görmək istəmədiyi 4 futbolçunun adını rəhbərliyə təqdim edib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, italyan mütəxəssisin qərarı ilə Elan Rikardo, Emrecan Uzunhan, Jan Onana və Can Keleş ilə yolların ayrılması qətiləşib. Klub rəhbərliyi artıq futbolçulara özlərinə yeni komanda tapmaq barədə məlumat göndərib.
Bundan əlavə, Joao Mario, Al-Musrati və Tayyip Talha Sanuçun komandadakı gələcəyi hələ də sual altındadır. Bu 3 oyunçunun taleyi yaxın müddətdə veriləcək yekun qərardan sonra bəlli olacaq.