Ukraynada müdafiə naziri Myxaylo Fedorovun vəzifədən azad edilməsinə etiraz olaraq paytaxt Kiyevdə və ölkənin digər şəhərlərində aksiyalar keçirilib.

Metbuat.az xəbər verir ki, etirazçılar 35 yaşlı texnologiya mütəxəssisi və islahatçı kimi tanınan Fedorovun yenidən müdafiə naziri təyin olunmasını tələb ediblər. Bildirilir ki, onun Ukrayna ordusunun texnoloji imkanlarının artırılması və daha effektiv döyüş qüvvəsinə çevrilməsi istiqamətində fəaliyyəti ictimaiyyət tərəfindən dəstəklənib.Fedorovun vəzifədən uzaqlaşdırılması onun ölkənin ali hərbi rəhbərliyi ilə fikir ayrılıqlarının açıq müstəviyə keçməsi fonunda baş verib. Qərardan sonra Ukraynanın hava əməliyyatlarına rəhbərlik edən yüksək vəzifəli komandirlərdən biri də istefa verib.

Prezident Volodimir Zelenskinin son bir ildə həyata keçirdiyi ikinci hökumət dəyişikliyi parlament tərəfindən təsdiqlənib. Yeni hökumətə enerji sektoru üzrə rəhbər Serhiy Koretski başçılıq edəcək.

Deputatların sözlərinə görə, müdafiə naziri vəzifəsinə hazırkı daxili işlər naziri İhor Klimenkonun təyin olunması mümkündür. Hökumət dəyişikliyi Rusiya ilə müharibənin kritik mərhələsində həyata keçirilir.