Türkiyədə AHBAP Dərnəyinə qarşı aparılan istintaq çərçivəsində həbs olunan məşhur müğənni Haluk Ləvəntlə bağlı yeni iddialar gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, yerli medianın yazdığına görə, hakim qarşısında ifadə verən Sevda Kurt adlı zərəçəkmiş Haluk Ləvəntin onu evlilik vədi ilə aldatdığını iddia edib. Sevda Kurt ABŞ-də yaşadığını, Türkiyəyə qayıtdıqdan sonra yardım məqsədilə AHBAP vasitəsilə Haluk Ləvəntlə tanış olduğunu bildirib. O, müğənninin ona evlənəcəklərini və ailə quracaqlarını vəd etdiyini, bu səbəbdən ona külli miqdarda pul verdiyini iddia edib. Qadının sözlərinə görə, Haluk Ləvəntin evli olduğunu isə yalnız saxlanıldıqdan sonra öyrənib.

Məhkəmə araşdırmaları davam edir. Türkiyə mətbuatında yayılan xəbərlərdə qeyd olunur ki, iddia edilən evlilik rəsmi dövlət qeydiyyatında əksini tapmayıb. İstintaq çərçivəsində səsləndirilən bu iddialarla bağlı yekun məhkəmə qərarı hələ verilməyib.