"Barselona"nın futbolçusu Ferran Torres karyerasını Fransada davam etdirə bilər.
Metbuat.az xəbər verir ki, İspaniya millisinin üzvü PSJ-yə keçməyə razılıq verib. "Sky Sports"un jurnalisti Luka Bendoninin iddiasına görə, "Barselona" ilə yeni müqavilə danışıqlarında yaşanan problemlər futbolçunun bu transferə müsbət yanaşmasına səbəb olub.
Qeyd edək ki, Ferran Torres 2022-ci ildən "Barselona"nın formasını geyinir və klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.