Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, 39 yaşlı futbolçu mundiallarda məhsuldar ötürmələrinin sayını 10-a çatdıran ilk oyunçu olub.

Messi bu göstəriciyə DÇ-2026-nın 1/4 finalında İsveçrə millisi ilə oyunda nail olub.

Onun məhsuldar ötürməsini Aleksis Makallister qola çevirərək Argentina yığmasını 1:0 hesabı ilə önə çıxarıb.