Bu gün türkiyəli tanınmış müğənni, azərbaycanlı jurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuşun ad günüdür. Sənətçinin 52 yaşı tamam olur.

Metbuat.az xəbər verir ki, Xoşqədəm Hidayətqızı həyat yoldaşının doğum gününü özünün soasial şəbəkə hesabında təbrik edib.

Tanınmış jurnalist ailə fotosunu paylaşaraq bu sözləri yazıb: “Ad günün mübarək, əzizim, Doğuş. Bəzi sevgilər sözlə deyil, illərlə və birlikdə yaşanan hər anla ifadə olunur. Bu illərimiz, anlarımız ücün Rəbbimə sonsuz minnətdaram. Allah səni qorusun, ömrün həmişə sağlamlıq, hüzur və xoşbəxtliklə dolu olsun. Yaxşı ki, varsan. Səni sevirik”.