Dünən “UFC Fight Night Baku” turnirində debüt edərək ABŞ təmsilçisi Erik Nolanı məğlub edən Fərman Həsənov tanınmış şəxsin oğludur.
Metbuat.az Manset.az-a istinadən xəbər verir ki, Fərman Həsənov Nizami Rayon DYP-nin sabiq rəisi və Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin növbətçi hissəsinin keçmiş rəisi tanınmış polis polkovniki Sabir Həsənovun oğludur.
Qeyd edək ki, Fərman Həsənov tanınmış UFC döyüşçüsüdür. F.Həsənov yarışa hazırlıq proseslərinin bir hissəsini ABŞ-də keçirib.
