Uzun müddət davam edən müayinə prosesindən və uğurlu qaraciyər transplantasiyasından sonra ilk dəfə görüntülənən tanınmış aktyor Ufuk Özkanın son halı heyranlarını sevindirib.

Metbuat.az xəbər verir ki, aylardır səhhətindəki problemlərlə gündəmdə olan 50 yaşlı aktyorun ailəsi ilə birlikdə çəkilmiş yeni fotosu sosial şəbəkələrdə paylaşılıb. Kadrda aktyorun olduqca gümrah, enerjili şən olması diqqətdən qaçmayıb.

Çətin müalicə və bərpa prosesini geridə qoyaraq tamamilə sağalan Özkanın oğlu və qardaşı ilə verdiyi bu səmimi pozlar qısa müddətdə minlərlə bəyənmə toplayıb. Səhhətini tam bərpa edən istedadlı aktyorun yaxın vaxtlarda yenidən televiziya və kino layihələri ilə ekranlara qayıtması gözlənilir.