Azərbaycanda tanınmış şair İsmayıl İmanzadə bu gün dünyasını dəyişib.

Bu barədə Metbuat.az-a mərhumun qohumları məlumat verib. Onlar şairin xəstəlikdən vəfat etdiyini bildiriblər.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir şöbəsinin rəhbəri olan İsmayıl İmanzadə 1945-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. O, 20-dən çox kitabın müəllifidir.

Mərhum sabah torpağa tapşırılacaq.

Səbinə Hüseynzadə