Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, motosiklet sürücüsü 4 yaşlı oğlanı vurub.
Ağır xəsarətlər alan azyaşlı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.