Moskvadakı “Sadovod” ticarət mərkəzinə PUA hücumu zamanı iki Azərbaycan vətəndaşı xəsarət alıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, dron qalıqlarının düşməsi nəticəsində Şəki sakinləri İslam Süleymanov və Elnur Nəbiyev yaralanıb. Onlar 36 saylı xəstəxanaya yerləşdirilib, yaralılardan birinin evə buraxıldığı bildirilib.

Hücum zamanı ticarət mərkəzinə ciddi ziyan dəyib, azərbaycanlı sahibkarlara məxsus malların da yandığı qeyd olunur.