Göyçayda irigövdəli qurumuş çinar ağacı avtomobilin üzərinə aşıb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Əli Kərim adlı küçəsində qeydə alınıb.
Belə ki, qurumuş çinar ağacı yol kənarında dayan "Hyundai Santa Fe" markalı minik maşınının üzərinə aşıb. Beləliklə yolda hərəkət tamamilə məhdudlaşdırılıb. İlkin verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda baş vermiş hadisənin fəsadları aradan qaldırılır.
Davud Tarverdiyev / Metbuat.az