Türkiyə Super Liqasının iddialı klublarından olan "Samsunspor" ilk transferini gerçəkləşdirib. Qara Dəniz təmsilçisi Almaniya 3-cü Liqasında oynayan Fatih Kayanı heyətinə cəlb edib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Xəbərdə "Samsunspor"un təcrübəli futbolçu ilə 4 illik müqavilə imzaladığı qeyd olunub.
Fatih Kaya hücuma meylli yarımmüdafiəçidir. O, ötən mövsüm Almaniya 3-cu Liqasında çıxdığı 41 rəsmi matcda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.