Türkiyənin məşhur müğənnisi Serdar Ortaçın səhhəti yenidən pisləşib.

Metbuat.az xəbər verir ki, bu barədə Halk TV məlumat yayıb. Populyar telekanal sənətçinin ən azı 15 gündür reanimasiya şöbəsində müalicə olunduğunu açıqlayıb. Ortaçın mərkəzi sinir sistemində ciddi problemlərin olduğu üzə çıxıb.

Halk TV-nin məlumatına görə, müğənnin bütün konsertləri təxirə salınıb. Həkimlər ona uzun müddət müalicə almağı və dincəlməyi tövsiyə ediblər.