Türkiyəli şoumen Mehmet Ali Erbilin özündən 48 yaş kiçik olan sosial media fenomeni Eylem Çeliklə eşq yaşadığı barədə iddialar maqazin gündəmini zəbt edib.

Metbuat.az xəbər verir ki, Türkiyə mediası 69 yaşlı Erbil ilə 21 yaşlı Çelikin TikTok vasitəsilə tanış olduğunu və aralarında münasibət yarandığını yazıb. Cütlüyün aarsındakı yaş fərqi isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Gənc fenomen isə haqqında yazılanların həqiqəti əks etdirmədiyini bildirib. Eylem Çelik icazəsi olmadan yayılan məlumatların şəxsi həyatına müdaxilə olduğunu vurğulayıb.