Azərbaycanda 2025-ci ildə muzeylərə gələn ziyarətçi sayı 3 milyona yaxın olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən il 244 muzeyə ümumilikdə 2 milyon 637 min 100 nəfər ziyarətçi gəlib.

Bu, 2024-cü illə müqayisədə, demək olar ki, eynidir. Belə ki, 2024-cü ildə muzeylərdəki ziyarətçi sayı 2 milyon 688 min nəfər olub.