“Qarabağ” braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyo ilə müqavilənin müddətini uzadıb.

Metbuat.az xəbər verir ki, bu barədə 25 yaşlı futbolçunun çalışdığı agentlik məlumat yayıb.

Xatırladaq ki, Pedro Bikalyo ötən ilin yayında qoşulduğu “Qarabağ”la 3+1 illik müqavilə imzalamışdı. O, Ağdam klubunda 50 oyuna 1 qol vurub.