Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 53,4 milyon manat olub.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 % çoxdur.
Bu il iyunun 1-nə qədər ölkədə 113 935 ədəd NKA quraşdırılıb:
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb".