Mütəxəssislər çox duz istifadəsinin gizli təhlükələri barədə xəbərdarlıq ediblər.

Metbuat.az xəbər verir ki, həkimlərin sözlərinə görə, gündəlik normadan artıq duz qəbulu yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri riskini artırır. Araşdırmalarda qeyd olunur ki, bir çox insan fərqinə varmadan hazır qidalar və fast-food məhsulları vasitəsilə normadan çox duz qəbul edir.Mütəxəssislər bildirirlər ki, artıq duz orqanizmdə maye yığılmasına səbəb olur. Bu isə həm ürəyin fəaliyyətinə əlavə yük yaradır, həm də damar sisteminə mənfi təsir göstərir.

Həkimlər xüsusilə hipertoniya problemi olan insanlara duz istifadəsini azaltmağı tövsiyə edirlər.Araşdırmaya görə, gündəlik duz miqdarının azaldılması qan təzyiqinin stabilləşməsinə və ürək-damar xəstəlikləri riskinin aşağı düşməsinə kömək edə bilər.