"Çelsi" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Metbuat.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu vəzifəyə Xabi Alonso təyin olunub.
İspan mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, London təmsilçisində Liam Rosenyoru əvəz edəcək və vəzifəsinin icrasına iyulun 1-də başlayacaq.
Qeyd edək ki, Xabi Alonso son olaraq Real Madrid klubunda baş məşqçi kimi çalışıb.