Avroviziya 2026 mahnı müsabiqəsinin finalında Azərbaycanın münsif səsləri açıqlanıb.
Metbuat.az xəbər verir ki, ölkəmiz ən yüksək - 12 xalı İtaliyaya verib.
Azərbaycanın xallarını 2012-ci ildə ölkəmizi müsabiqədə təmsil etmiş Əməkdar artist Səbinə Babayeva elan edib.
Digər xallar isə belə bölüşdürülüb:
10 xal - Ukrayna
8 xal - Serbiya
7 xal - Xorvatiya
6 xal - Albaniya
5 xal - Bolqarıstan
4 xal - İsrail
3 xal - Rumıniya
2 xal - Malta
1 xal - Çexiya
Qeyd edək ki, Azərbaycanın təmsilçisi Jiva final mərhələsinə yüksələ bilməyib.